Bakıda kütləvi dava: iki nəfər bıçaqlanıb

20 Oktyabr 2022 08:18

Bakının Binəqədi rayonunda dava zamanı xəsarət alanlar olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 19 yaşlı Sahib Fərhad oğlu Eyvazov və onun dostu - hələlik adı bilinməyən gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Milli.Az