Cəmiyyət

Binaların idarə olunmasında MTK-ların hökmranlığı nə vaxt bitəcək? - VİDEO

17 Oktyabr 2022 16:44
Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı çoxmərtəbəli binalarda idarəetmə problemi bitmir. Məsələ ondan ibarətdir ki, binanı tikən şirkət mənzilləri satdıqdan sonra da binadan əl çəkmir, ora bir komendant təyin edir və sakinlərdən özünün müəyyən etdiyi məbləğ əsasında aylıq pullar yığır. Sakinlər isə bu pulların hara xərcləndiyindən xəbərsiz olurlar. Çünki onlara hesabat verilmir. Belə olan halda isə sakinlər narazı qalırlar. Bəs vəziyyətdən çıxış yolu nədir?

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, paytaxt sakini Elvin İsmayılov yeni tikili binada yaşayır. Deyir ki, avtomobil saxlamaq üçün də ayrı məbləğ ödəyir.

Tikinti eksperti Muxtar Ərturan deyir ki, əslində binanın saxlanma xərcləri sakinlərin üzərinə düşür. Ancaq bu, qanunu şəkildə təşkil olmalıdır.

Yeni tikili binalarda parkinq ərazisinin satılması və ya kirayə verilməsi probleminə gəlincə, ekspert deyir ki, parkinq və park ərazisi, uşaq oyun meydançası, söhbətgah və kölgəliklərin satılması və ya icarəyə verilməsi qanuni deyil. Hesab edilir ki, dövlət bu sahəyə nəzarət edən qurum yaratsa, bu kimi problemlərin bir çoxu aradan qalxar.

Muxtar Ərturan deyir ki, bütün bu problemlərdən çıxış yolu sakinlərin toplanıb öz aralarında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qurmaları və binanın idarə edilməsini özlərinin həyata keçirmələridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.