Cəmiyyət

Fərdi evlərin arasında qanunsuz tikinti necə aparılıb?

13 Oktyabr 2022 23:05
Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Fətəli Xan Xoyski küçəsində fərdi yaşayış evlərinin yaxınlığında aşkarlanmış qanunsuz tikili sökülür.

Tikinti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuş vətəndaş şikayətlərinə əsasən şəhərsalma nəzarəti qaydasında aparılmış monitorinq nəticəsində məlum olub.

Milli.Az Baku.Tv-yə istinadən bildirir ki, sözügedən ünvanda fərdi yaşayış evinin tikildiyi bildirilsə də, inşaat işlərinin aparıldığı torpaq sahəsi üzrə şəhərsalma qanunvericiliyinin tələbləri, xüsusilə sıxlıq və ara məsafəsi əmsalları kobud şəkildə pozulub.

Komitədən bildirilib ki, həmin obyektlə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun tikintiyə icazə proseduru həyata keçirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.