"Nərmin öldürülmüşdüsə, cizgi filminə nə ehtiyac vardı?.." - Yeni detallar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan proses qapalı keçirilib.
Vəkil Zabil Qəhrəmanov bildirib ki, şəxsi həyata aid məsələlər müzakirə olunduğuna, iş materiallarındakı bu haqda sənədlər araşdırıldığına görə iclas qapalı keçirilib. Məhkəmədə həmçinin İlkin Süleymanovun telefonuyla bağlı ekspert rəyi tədqiq olunub.
Rəydə iddia olunur ki, İlkin Süleymanovun telefonundan internetdə cizgi filmlərinə, porno görüntülərə baxılıb. Vəkillər İlkin Süleymanovun telefonuna müdaxilə edildiyini, saxta sübut yaratmaq üçün müxtəlif internet səhifələrinə baxıldığını vurğulayıblar.
Daha sonra vəkil vəsatətlə çıxış edib. Vəkil 2020-ci il yanvarın 6-da, axşam saat 20.00-da sonra İlkin Süleymanovun telefonunun harada olduğunu müəyyənləşdirmək üçün mobil operatora sorğu göndərilməsini, hansı anten dairəsinin əhatəsində olduğunun araşdırılmasını istəyib.
Ekspert rəyində qeyd olunub ki, İlkin Süleymanovun telefonunda yanvarın 8-də porno görüntülərə baxış olub.
İlkin Süleymanov məhkəmədə bildirib ki, yanvarın 6-da axşam saat 20.00-da meyit tapılandan sonra onu da polis şöbəsinə aparıblar, telefonunu əlindən alıblar və o vaxtdan buraxılmayıb.
Vəkil bildirib ki, İlkinin əleyhinə tutarlı sübutlar olmadığı üçün dolayı sübutlar yaratmağa cəhd edilib:
"Təsəvvür edin ki, telefonda "Tom Cerri" cizgi filminə cəmi 1 saniyə baxılıb. 1 saniyə ərzində uşağa nəyi göstərə bilərdi? Yaxud bir tərəfdən iddia olunur ki, Nərmin yanvarın 4-də öldürülüb, o biri tərəfdən ekspert rəy verir ki, yanvarın 5-də də cizgi filminə baxılıb. Yanvarın 5-də Nərmin öldürülmüşdüsə, nə ehtiyac vardı cizgi filminə baxmağa? Telefonun tədqiq olunması məsələsilə bağlı da suallar var. Telefona giriş üçün parol olub. O parol İlkindən necə alınıb? İstintaq orqanı onun parolunu götürüb. Lakin işdə onun götürülməsini təsdiqləyən sənəd yoxdur. Müstəntiq prosessual şəxsdir, parolu götürürsə, bu rəsmiləşdirilməlidir.
Sənədlərin elanı zamanı məlum olur ki, Moskvadan məşhur rusiyalı ekspert Panov bu hadisə ilə bağlı rəy verib. O rəylə işin halları arasında ziddiyyət var. Ekspert rəyi var ki, meyit 5 dəqiqə ərzində yanaraq o vəziyyətə düşüb. Panov isə rəy verib ki, meyitin o vəziyyətə düşməsi üçün 1-2 saat vaxt lazım imiş. Panovun rəyi istintaq dövründə İlkinin ailəsindən alınıb, protokolla işə əlavə olunub.
Məhkəmədə o da məlum olub ki, İlkin Süleymanovun işi ilə bağlı Moskvadan alınmış ekspert rəyi iş materiallarında yoxdur. Hərçənd həmin rəyin işə əlavə olunması haqda protokolda qeyd var".
Növbəti proses oktyabrın 12-də davam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama





