Cəmiyyət

Bakıda kişi naməlum şəraitdə bıçaqlanıb

6 Oktyabr 2022 08:23
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.

Paytaxt Sakini Allahqulu Əzimov axşam saatlarında qarının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, yaralı naməlum şəraitdə bıçaqlanıb.

Əməliyyat olunan Allahqulu Əzimovun həyati təhlükəsi aradan qaldırılıb.

Hadisə ilə bağlı aidiyyati üzrə Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.