Cəmiyyət

İndi nə ailə həkimi var, nə də sahə həkimi - VİDEO

1 Oktyabr 2022 13:44
Baxış: 1 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvvəllər sahə həkimləri vaxtaşırı müayinə üçün ərazilərində yaşayan sakinlərin ünvanlarına baş çəkərdilər. Ancaq indi bu cür xidmətlər müşahidə edilmir. Vətəndaşlar belə deyirlər. Onlar bildirirlər ki, xüsusilə, körpə uşaqları olan ailələrin sahə həkimlərinə daha çox ehtiyacları var.

Bəzi poliklinikalardakı sahə həkimləri isə vətəndaşların bu iddialarını qəbul etmirlər. Bildirirlər ki, qrafik çərçivəsində ailələrəbaş çəkilir. 17 saylı Uşaq poliklinikasının baş həkimi Gülər Paşayevanın sözlərinə görə, müəyyən yaşa kimi azyaşlılarmüayinəsi evdə aparılır.

Baş həkim həmçinin bildirir ki, 3 yaşa kimi uşaqlarda evdə baxış 6 aydan bir aparılır. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, tibb üzrə ekspert Adil Qeybulla isə deyir ki, həkimlərin yenidən evlərə müayinələrə getmələri üçün ailə həkimi institutu yaradılmalıdır.

Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov bildirir ki, hazırda paytaxtda yaşayanların sayı rəsmi qeydiyyatda olanların sayından çoxdur. Bu da həkimlərin evlərə mütəmadi baş çəkmələrində problemlər yaradır.

Soltan Məmmədov həmçinin qeyd edir ki, məsələ ilə bağlı tibb müəssisələri tərəfindən də nəzarət gücləndirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.