Həbs xəbəri yayıldı, məcburi məzuniyyət və ... - Unudulan məmurlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi...
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır
Milli.Az xəbər verir ki, lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Əlixan Məlikovdan bəhs edəcəyik.
Məlikov Əlixan Süleyman oğlu 7 may 1951-ci ildə Bakıda anadan olub. O, orta təhsilini də Bakı şəhərində alıb. 1973-cü ildə isə Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatikası fakültəsini bitirib. İxtisasca mühəndisdir.
Sabiq sədr əmək fəaliyyətinə isə 1975-ci ildə başlayıb. 1975-1979-cu illərdə Bakı Aqreqat İstehsalat Birliyində mühəndis-konstruktor, texniki şöbənin rəisi olub.
Daha sonra isə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon Qaz İstismar İdarəsində sahə, qəza dispetçer xidmətinin rəisi vəzifələrində çalışıb.
Əlixan Məlikov 1994-1996-cı illərdə "Azəriqaz" Dövlət şirkətində baş mütəxəssis, 1996-1998-ci illərdə Bakı şəhər Suraxanı Rayon Qaz İstismar İdarəsinin rəisi olub.
O, 4 fevral 2000-ci il tarixində mərhum "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
1 iyul 2009-cu il tarixində isə prezident İlham Əliyevin "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətini ləğv edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində Azəriqaz İstehsalat Birliyinə çevirib.
Qeyd edək ki, Əlixan Məlikov adı baltalanma cinayətində çəkilən mayor Ehtiram Əlişanovun qohumudur. Bu səbəbdən də sabiq məmurun adı uzun müddət bir sıra xəbər başlıqlarından düşmürdü.
Xatırladaq ki, 2009-cu ildə "Azəriqaz" ARDNŞ-nin tabeçiliyinə verildi. Ondan sonra isə mediada Ə.Məlikovun yoxa çıxmasıyla bağlı xəbərlər yayılmağa başladı. Xəbərlərdən birində deyilirdi:
"Düzdür, keçmiş "Azəriqaz" yetkililəri bunu Ə. Məlikovun məzuniyyətdə olması ilə əsaslandırırdılar. Lakin araşdırmalar göstərirdi ki, təkcə Ə.Məlikov deyil, müavinləri də "məcburi məzuniyyətə" göndərilib. Hətta bəzi məlumatlara görə, bundan bir neçə gün sonra Ə. Məlikov xidməti otağında həbs edilib. Buna səbəb isə keçmiş səhmdar cəmiyyətdə aparılan ilk təftiş prosesi zamanı aşkarlanan ciddi korrupsiya faktları olub".
Daha sonra isə bu iddiaların dəqiqliyi haqqında rəsmi məlumat yayılmayıb.
Sabiq sədr evlidir, 2 övladı var. Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Fəxrəddin Məlikovun qardaşıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
XƏBƏR LENTİ
-
Aviaşirkətdən xəbərdarlıq - Bu rəngli çamadanlardan uzaq durun
-
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
-
Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
-
Türkan Şoray bacıları ilə - (Foto)
-
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
-
Kənd toyuğu bahalaşdı - (Video)
-
Kriştiano Ronaldo sükutu pozdu
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
-
Elgün Rəsulova vəzifə verildi
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb





