Paytaxtın Nəsimi rayonunda reklam lövhəsi küləyin təsiri ilə parkinq ərazisində olan avtomobillərin üzərinə aşıb. Nəqliyyat vasitələrinə ziyan dəyib. İddia edilir ki, reklam lövhəsi nazik bir dəmir parçasından asılı qaldığı üçün aşıb. Vaxtında tədbir görülmədiyi üçün belə bir hadisə baş verib.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, avtomobil sahibləri çıxılmaz vəziyyətdə qalıb.
Zərərçəkən avtomobil sahibləri bildiriblər ki, qəza günorta saatlarında baş versə də reklam lövhəsinin aid olduğu şirkət hələ də ortaya çıxmayıb.
Dövlət Reklam Agentliyindən qeyd edilib ki, qurğunun aid olduğu sahibkara xəbərdarlıq edilib.
Qeyd edək ki, reklam lövhəsi nazik bir dəmir parçasından asılı qaldığı üçün aşıb. Vaxtında tədbir görülmədiyi üçün bu hadisə baş verib.
Milli.Az