Cəmiyyət

Sürəti göstərən lövhəyə niyə məhəl qoyulmur? - VİDEO

12 Sentyabr 2022 15:24
Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu yolda avtomobillər yüksək sürətlə idarə edilir. Yolu digər tərəfə keçmək istəyən piyadalar bəzən uzun müddət gözləməli olurlar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, İsmayıllı şəhərinin Heydər Əliyev prostpektində sürəti göstərən lövhəyə məhəl qoyan yoxdur.

Nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi sakinlərin nrahatlığına səbəb olur. Onlar yolu keçməyin təhlükəli hal aldığını deyirlər.

Vətəndaşlar radarların quraşdırılmasını istəyirlər. Məhz bundan sonra sürücülər istər-istəməz sürəti azaldacaqlar.

İsmayıllı rayon Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, Heydər Əliyev prostpektində yaşayan sakinlər tərəfindən mövcud problemlə bağlı şifahi  muraciətlər daxil olub. ''Müraciətlər  əsasında hazırlanmış təkliflər Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib''- deyə məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.