Cəmiyyət

Şəkidə avtomobillə vurulan piyada Bakıya gətirilib

8 Sentyabr 2022 08:04
Baxış: 444
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şəkidə 17 yaşlı gənci avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Cümşüdov Rəşad Anar oğlu yolu keçərkən avtomobil onu vurub.

Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Yaralı təcili tibbi yardımın koməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Daha sonra Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.