Cəmiyyət

"Telefonda danışanda demişdi ki, mən şəhid olacam..." - FOTO

7 Sentyabr 2022 21:54
Baxış: 1 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində igidlik göstərən qəhrəman oğullarımızdan biri də şəhid Əmrah Rüstəmlidir. 2001-ci il iyulun 5-də Bərdə şəhərində anadan olub. 2007-2018-ci illərdə Sumqayıt şəhər 27 saylı orta məktəbdə təhsil alıb. 2018-ci ildə ibtidai təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

Milli.Az bildirir ki, şəhidin anası Heyran xanım AZƏRTAC-a müsahibəsində deyib: "Hər dəfə danışanda deyirdim ki, ay oğul ehtiyatlı ol, səndən ötrü nigaranam. O da deyirdi ki, heç kəsdən artıq deyiləm, Vətənimizi qorumalıyıq. Müharibədən aylar əvvəl telefonda danışanda demişdi ki, mən şəhid olacam".

Əmrah Rüstəmli Vətən müharibəsinə könüllü qatılıb. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci ilin oktyabr ayının 3-də Füzuli rayonunun Alıxanlı kəndində qəhrəmancasına döyüşərək şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Əmrah Natiq oğlu Rüstəmli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin ailəsi hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Ailəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksində tam təmirli 3 otaqlı mənzil verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.