Cəmiyyət

Bakıda filmə bənzər olay - VİDEO

3 Sentyabr 2022 13:52
Baxış: 1 012
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda yol polisinin qanuni tələblərinə əməl etməyən moped sürücüsü həbs olunub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini 18 yaşlı Zayıdov İnqilab Rövşən oğlu aprelin 29-u Bakının mərkəzi küçələrində yol polisinin qanuni tələblərinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsini dayandırmadan, Bakıxanov və Səməd Vurğun küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Mopedi dəbilqəsiz istifadə etdiyi üçün ona verilən saxla işarəsinə tabe olmayan sürücü, daha sonra Səməd Vurğun küçəsində əks istiqamətli zolağa çıxaraq bir neçə dəfə polis əməkdaşlarına tabe olmayıb.

Nəhayət sürücü və yanındakı sərnişin saxlanılaraq toplanmış materiallar Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə təhvil verilib. Bölmədə toplanılmış materiallar isə avqustun 30-da Nəsimi rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarıyla Zayıdov İnqilab Rövşən oğlu 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Onun yanındakı digər şəxslə bağlı isə toplanmış materiallar yaşadığı ərazi üzrə Yasamal rayon Məhkəməsinə göndərilib.

Hadisə anının görüntülərini təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.