Cəmiyyət

Küçə, yoxsa zibil poliqonu? - VİDEO

31 Avqust 2022 18:36
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər rayonu, Binə qəsəbəsində insanların sıx yaşadığı adsız küçələrdən biri sanki zibilxana poliqonunu xatırladır. Sakinlər iddia edirlər ki, rayonun kommunal xidmətinin işçiləri mütəmadi olaraq ya zibil yeşiklərinin yerini dəyişirlər, ya da götürüb aparırlar. Artıq bir neçə gündür yeşiklərin olmaması ərazidə antisanitar vəziyyət yaranıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məişət tullantıları zibil yeşikləri götürüldüyü üçün onun yerinə atılır. Yolun kənarı sözün əsl mənasında zibillik poliqonunu xatırladır.

Sakinlərin sözlərinə görə, əslində burada bir neçə gün əvvələ qədər zibil yeşikləri olub. Ancaq bilinməyən səbəblərdən həmin yeşikləri mütəmadi götürüb aparırlar. Nəticədə məişət tullantıları bu cür qalaqlanır.

Sakinlər bildiriblər ki, mütəmadi olaraq problemin həlli üçün həm Xəzər Rayon icra hakimiyyəti və digər aidiyyəti təşkilatlara müraciətlər edilib.

Binə qəsəbəsinin İcra Nümayəndəsi Tahir Əliyev qeyd edib ki, həmin yerdə borular var. Həmin borular zibil maşınlarının hərəkətinə maneə olduğu üçün yeşiklər oradan götürülüb. Həmin ərazi Suraxanı rayonu ilə sərhəddir. Bu səbəbdən sabah iki rayonun məsul əməkdaşları tərəfindən müzakirə aparılacaq və yeşiklərin qoyulması üçün uyğun yer seçiləcək.

O da vurğulanıb ki, gün ərzində həmin ərazi tullantılardan təmizlənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.