Cəmiyyət

Gəncədə yataqxana binası təhlükə saçır - VİDEO

26 Avqust 2022 18:20
Baxış: 1 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncənin Əziz Nəzərov küçəsində yerləşən 6 saylı yataqxana binası qəzalı vəziyyətə düşüb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ötən əsrin 60-cı illərində 3 nömrəli Təmir-tikinti tresti tərəfindən işçilərin istifadəsinə verilən bina bugünədək əsaslı təmir edilməyib.

Nəticə isə demək olar ki, acınacaqlıdır. Bina sözün əsl mənasında təhlükə saçır.

Sakinlər deyirlər ki, binanın qəzalı vəziyyəti ilə bağlı müxtəlif qurumlara dəfələrlə müraciət edilib, amma nəticə yoxdur.

Gəncə Mənzil-kommunal təsərrüfatı istehsalat birliyindən məsələ ilə bağlı bildiriblər ki, FHN-in ötənilki rəyinə görə, həmin bina məhdud işlək kimi qiymətləndirilib, əsaslı və cari təmir işlərinin aparılması məqbul hesab edilməyib. Çünki adıçəkilən yataqxana binası fiziki cəhətdən köhnəldiyindən orada hər hansı bir təmir işlərinin aparılması mümkünsüzdür.

Gəncə Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, yataqxananın təmiri mümükün olmadığından orada yaşayanların köçürülməsi ilə bağlı iş aparılır. Artıq bununla bağlı siyahıyaalma prosesinə başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.