Cəmiyyət

Bakıda bu həyət qəsb olunur - VİDEO - FOTO

26 Avqust 2022 12:42
Baxış: 1 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda yaşayış binasının qarşısında obyekt tikilib. Nəticədə binanın bloku və liftlər həmin obyektin içərisində qalıb. Bundan başqa, bloka giriş hörülərək bağlanıb, sakinlərin liftlərdən istifadəsi məhdudlaşdırılıb. Bütün bunların hamısı paytaxtın mərkəzində, Nizami küçəsi 4 ünvanında tikilən yaşayış binasında baş verib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, həmin 5 bloklu bina pilot layihə çərçivəsində ''Pilot Residence'' MTK tərəfindən tikilib.

Orada ev alan sakinlər deyirlər ki, onlara təqdim edilən layihədə həyətlərində belə bir obyektin tikiləcəyi qeyd edilməyib. Yəni burada layihədən kənara çıxılıb və həmin hissə iri supermarketlərdən birinə satılıb. Sakinlər mənzillərinə özləri üçün nəzərdə tutulan blokdan qalxa bilmədiklərini deyirlər.

Bəzi sakinlər pul ödəyib aldıqları qarajlarından da məhrum olduqlarını deyirlər. Bildirirlər ki, qarajları həmin supermarketə anbar kimi satılıb.

''Pilot Residence'' MTK-dan isə bildirildi ki, layihədə nəinki orada, bütövlükdə binanın daxili həyətində 3300 kv/m-lik ərazidə obyektin olması nəzərdə tutulub. Sakinlər üçün  həyət isə həmin obyektin üzəri olacaq. Buna görə də obyekt tikilən blok sakinlərin girişi üçün bağlanıb. Maraqlısı isə odur ki, hələlik aidiyyəti qurumlar həmin obyektin tikintisinə tam icazə verməsələr də, indidən bloklardan birinin girişi tam bağlanıb.

Qarajın satılmasına gəldikdə isə, bildirildi ki, onların əvəzinə sakinlərə digər hissədən yer verilməsi təklif edilir. Ancaq sakinlər sənəddə qeyd edilən yeri istədikləri üçün hələlik problem həllini tapmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.