Cəmiyyət

Vergiödəyicisi uçotdan hansı hallarda çıxarıla bilər?

4 Sentyabr 2022 22:42
Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması bir sıra hallarda mümkündür.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisinin fəaliyyətinə xitam verildikdə, məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda, vergiödəyicisi uçotdan çıxarıldıqda, onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir.

Qeyd olunub ki, vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat verməlidir. Uçot məlumatları əsasında müvafiq icra hakimiyyəti orqanı vergiödəyicilərinin vahid dövlət reyestrini bu Məcəlləyə müvafiq olaraq aparır.

Vergiödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur. Vahid dövlət reyestri isə kağız və ya elektron yazıları formasında aparılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.