Cəmiyyət

Bir tərəf gül-çiçək, digər tərəf isə xarabalıq - VİDEO

24 Avqust 2022 18:26
Baxış: 1 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nabat Aşurbəyova küçəsini şəhərin mərkəzindəki ən ziddiyyətli yerlərdən hesab eləmək olar. Çünki burada bir tərəf gül-çiçəklə əhatələnib, digər tərəf isə xarabalığı xatırladır.

Parkın düz yanında yerləşən zibillik yolu oradan keçən qadın və uşaqları qorxuya salır. Bəs bu ziddiyyət nə zaman aradan qaldırılacaq?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər deyirlər ki, ətraf ərazilərdə gedən təmir-tikinti işlərindən sonra bura atılan zibillərin həcmi artıb, həmçinin parkın zibilləri də bura tökülür.

Məsələyə münasibət bildirən Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ədalət Bağırov bildirib ki, sözügedən məkan mərkəzi parkın ərazisidir. Yaxın vaxtlarda parkın davamı kimi orada da təmir-tikinti işlərinin görülməsi nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.