Cəmiyyət

Peyvənd olunanların sayı açıqlandı

23 Avqust 2022 16:36
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1732 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 886, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 190 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 850 299, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 372 002, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 480, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 358 577, pozitiv nəticədən sonra buster doza olunanların sayı 258 240 təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.