Cəmiyyət

Kartlarından pul çıxılıb, amma bilet ala bilməyiblər - "iTicket.az" saytı niyə çöküb? - VİDEO

16 Avqust 2022 15:33
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Viktoriya" (Çex Respublikası) matçını stadionda izləmək istəyən azarkeşlər bilet almaq istəyərkən problemlə üzləşiblər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dünən minlərlə azarkeşin "iTicket.az" saytından bilet almaq cəhdləri uğursuz olub.

Üstəlik, ötən gün bəzi azarkeşlərin kartlarından biletin qarşılığında pul çıxılsa da, onlar bilet ala bilməyiblər.

Məsələ ilə bağlı ''iTicket'' şirkətinin direktoru Kamran Abasov ''Xəzər Xəbər''ə bildirib ki, lazımi hazırlıq tədbirləri görülsə də, oyuna maraq həddindən artıq olduğundan saytın serverləri çöküb və bir neçə saatlıq onlayn satış dayandırılıb. Buna baxmayaraq satış nöqtələrində fiziki bilet satışları davam edib.

Kamran Abasov əlavə edib ki, kartından pul çıxılan, amma bilet ala bilməyənlərin vəsaitləri 1 gün ərzində geri qaytarılacaq.

O qeyd edib ki, qaydalara əsasən, bir şəxsiyyət vəsiqəsi ilə maksimum 3 bilet almaq mümkündür. Ancaq hazırda ''qara bazar'' şübhələrinin tam aradan qaldırılması istiqamətində işlər aparılır və ''Qarabağ''ın növbəti oyunlarında ''Bir bilet, bir şəxsiyyət vəsiqəsi'' prinsipi yenidən tətbiq ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.