“Azərişıq” ilə MTK-nın borc davası: cəzasını sakinlər çəkir - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xırdalanda 12 binalı yaşayış kompleksinin sakinlərinin problemindən danışacağıq indi. Yığılan külli miqdarda borca görə binalara su vuran nasosların elektrik enerjisi dayandırılıb. Yəni 1026 mənzilin suyu kəsilib. Sakinlər işıq pulunu ödədiyini deyirlər. Bəs bu borc? Söhbət 100 min manatdan artıq məbləğdən gedir. Kimə aiddir? Kim ödəməlidir borcu. Araşdırmağa çalışmışıq. Belə anlaşılır ki, məsələ açıq qaldı. Borcu kim ödəməlidir, araşdırılacaq. Çox uzun sürməz bu araşdırma ümid edək.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yolu bağladılar, yalnız polis əməkdaşları gəldikdən sonra açdılar. Xırdalanda sakinlərin narazılığına səbəb elektrik enerjisinin borcuna görə su nasoslarının dayandırılmasıdır.
Yəni 1026 mənzilli yaşayış kompleksinin sakinlari yayın bu günü susuz qalıb.
Abşeron rayon Xırdalan şəhəri, Mehdi Hüseyzadə küçəsi, 26-cı məhəllədə, AAAF Park yaşayış kompleksinin özəl şirkətlərin biri ilə müqavilə əsasında tikib istifadəyə verdiyi yaşayış binalarında mənzillərə verilən su dayandırılıb. sakinlərin sözlərinə görə, AAAF Park yaşayış kompleksinin tərkibində 12 mərtəbəli 12 yaşayış binası var. Bu binaların 7-i "Azərişıq"ın, digər 5-i isə AAAF parkın balansındadır. Göndərilən bildirişdə göstərilir ki, MTK -nın hazırda "Azırişıq"a 101 min manat borcu var. Borcun ödənməməsi səbəbilə sayğaca verilən elektrik enerjisi kəsilib. Su nasosları bütün binalar üçün eyni olduğundan bütün binanın su təhcizatı dayanıb.
Sakinlərin sözlərinə görə, onlar illərdir bütün öhdəlikləri tam yerinə yetirirlər, işıq pulunu hər ay ödəyirlər. Lakin binaya verilən suyun dayandırılması zamanı öyrəniblər ki, sən demə MTK-nın Azərişığa küllü miqdarda borcu yaranıb.
Azərişıq ASC- dən bildirildi ki, AAAF parkın küllü miqdarda borcu yaranıb. Azərişıq MTK ilə hesablaşmanı baş sayğacla həyata keçirir. AAAF isə bu sayğacdan keçən elektrik enerjisini su nasosu, lift və obyektlərə paylayır. Amma "Azərişıq"a yaranan borcu ödəməkdən yayınır. Yaranan borc məsələsinə görə adı çəkilən şirkətə dəfələrlə xəbərdarlıq da edilib. Ödəniş olunmadığına görə, su nasosunun elektrik enerjisi kəsilib.
AAAF Park yaşayış kompleksinin direktoru Camal Rəcəbovla da məsələnin araşdırıldığını dedi.
Qurumlar bir birini ittiham edir,nəticədə isə sakinlər əziyyət çəkirlər. Elektrik enerjisi borcunun kimə, hansı quruma aid olduğu ortaya çıxmasa, ödənməsə sakinlər hələ çox susuz qalacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi





