Cəmiyyət

Türkiyə vətəndaşı olan sürücü Zaqatalada qəzada həlak olub

11 Avqust 2022 23:08
0 Şərh     Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada maşın vuran yük avtomobili sürücüsü hadisə yerində ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Şəxsiyyəti hələlik müəyyən edilməyən kişini minik avtomobili vurub.

Qəza zamanı ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb. Ölən şəxsin yük avtomobilinin sürücüsü olduğu bildirilir. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Yük avtomobili sürücüsünün Türkiyə vətəndaşı olduğu müəyyən edilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirlir. O, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb. Yolu keçmək istəyən sürücünü "Mercedes Vito" markalı 99 VR 062 dövlət nömrə nişanlı mikroavtobus vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.