Cəmiyyət

Bakı-Quba yolu ilə hərəkət edən sürücülərin DİQQƏTİNƏ! - VİDEO

12 Avqust 2022 04:49
0 Şərh     Baxış: 2 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Quba-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri aparılır. Artıq yola yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib. Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu işlərin ardınca yol əsasının yararsız qruntu da qazılaraq çıxarılır. Torpaq işləri yekunlaşan ərazilərdə yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissə üzrə aparılır.

Xatırladaq ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral da inşa edilir. Mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu isə sürücülərə alternativ seçim təmin etmək üçün qurulur. Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.