Bakının Nəsimi rayonunda küçədə bıçaqlanmış vəziyyətdə gənc oğlan tapılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.
Belə ki, metronun "28 May" stansiyasının yaxınlığında ürək və bədəninə ümumilikdə 9 bıçaq zərbəsi vurulmuş şəxs tapılıb.
Ordan keçən sürücülərdən biri yaralını avtomobillə 1 nömrəli xəstəxanaya yerləşdirib.
Bıçaqlanmış şəxs cərrahi əməliyyat edilir.
Həkimlər onun vəziyyətinin olduqca ağır olduğunu bildirir.
Yaralının adının Məhəmməd olduğu bildirilir.
Hadisənin təfərrüatları araşdırılır.
Milli.Az