Bakıda küçədə ürəyindən bıçaqlandı

19 İyul 2022 08:48

Bakının Nəsimi rayonunda küçədə bıçaqlanmış vəziyyətdə gənc oğlan tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.

Belə ki, metronun "28 May" stansiyasının yaxınlığında ürək və bədəninə ümumilikdə 9 bıçaq zərbəsi vurulmuş şəxs tapılıb.

Ordan keçən sürücülərdən biri yaralını avtomobillə 1 nömrəli xəstəxanaya yerləşdirib.

Bıçaqlanmış şəxs cərrahi əməliyyat edilir.

Həkimlər onun vəziyyətinin olduqca ağır olduğunu bildirir.

Yaralının adının Məhəmməd olduğu bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Milli.Az