Cəmiyyət

Əməkdar artist şəhid yoldaşı haqda yazdı

11 İyul 2022 22:11
0 Şərh     Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı, şəhid Xalid Quliyevin vəfatının 30-cu ildönümüdür.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Aybəniz Haşımova İnstaqram hesabında bununla bağlı paylaşıb edib.

"O gecə ana oğlunu, qardaş qardaşını, 1 yaş 8 aylıq körpə atasını, bir ev isə sahibini itirdi. Amma yenə də hər kəsin dilində bir söz var idi: "Vətən sağ olsun".

Vətəni sevmək azdır, onu qorumaq gərək.

Vətənim, demək azdır. Vətənin olmaq gərək.

Onun adi torpağı ruhdan, candan irəli.

O, atadan qabaqdır. O, anadan irəli.

Bilir ərlər, ərənlər vətənə tay olmayır.

Ömürdən pay verərlər, vətəndən pay olmayır!

30 illik ömrün, 30 illik evin, şəhadətin mübarək, ölkəmizin igid oğlu! Sizi yaşadan xalqımıza, sizi hec vaxt unutmayanlara çox sağ olun, deyirəm", - deyə müğənni qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.