Cəmiyyət

Gürcüstanda FACİƏ - iki azərbaycanlı ölüb, bir neçəsi yaralanıb - FOTO

26 İyun 2022 22:58
0 Şərh     Baxış: 2 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:58

Marneulidə beşmərtəbəli yaşayış binasının eyvanının uçması nəticəsində ağır xəsarət alan hamilə qadın dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla da bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 2 olub.

Daha üç nəfərin xəsarət aldığı bildirilir ki, onlardan biri 8 yaşlı uşaqdır.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin tikintidə təhlükəsizliyin pozulmasını nəzərdə tutan maddəsi əsasında cinayət işi açılıb.

---------

21:02

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bələdiyyənin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub.

Nəticədə 1 nəfər ölüb, daha bir neçə nəfərin isə yaralandığı bildirilir.

Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.