Oğuzda iri gövdəli ağacları qurutmaq üçün üzərinə yandırıcı maddə töküblər. Hadisə rayonun Sincan kəndi ərazisində qeydə alınıb. Nəticədə yolun kənarında yerləşən 4 ədəd qovaq ağacı qurumağa başlayıb. Aidiyyəti qurumlar hərəkətə keçib.
Naməlum şəxs və ya şəxslər ağacların gövdəsini deşərək içəriyə yandırıcı maddə töküblər. Görüntülər Oğuz rayonunun Sincan kəndindəndir.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, son ayda ət mağazasının kənarında olan uzunömürlü Qovaq ağacları birdən-birə qurumağa başlayıb.
Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı regional təbii sərvətlər idarəsindən bildirilib ki, əraziyə baxış keçirilib və 4 ədəd irigövdəli Qovaq ağacına müdaxilə olunduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə faktla bağlı araşdırmalara başlanıb. Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində tədbirlər görülür.
Milli.Az