Cəmiyyət

“Mən onlara heç lotu deməzdim” - Şuşa həbsxanasının baş həkimi - Videoreportaj

22 İyun 2022 10:07
0 Şərh     Baxış: 2 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az xəbər verir ki, "qafqazinfo"nun növbəti təşəbbüsü ilə 30 ildən sonra Şuşaya səfər edən Sabir Süleymanov olub. O, 1982-ci ildən Mədəniyyət paytaxtının işğal olunduğu tarixədək Şuşa həbsxanasının tibb xidmət rəisi vəzifəsində çalışıb, ailəsi ilə birgə uzun müddət bu şəhərdə yaşayıb.

Sabir həkimin Şuşaya ayaq basar-basmaz yollandığı ilk məkan keçmiş iş yeri - 1 saylı Şuşa həbs evi olub. Burada iş otağına da baş çəkən 66 yaşlı həkim, 30 il əvvəlki xatirələri bizimlə bölüşüb, Şuşa həbsxanası ilə bağlı bilinməyən məlumatları dilə gətirib. Bundan başqa, Şuşada açarını qapının üstündə qoyub çıxdığı evini də ziyarət edib.

Hazırda Bakıda Təcili Tibbi Yardım stansiyasında çalışan təcrübəli həkimin 30 ildən sonra doğma Şuşaya qayıdış ilə bağlı hazırladığımız videoreportajı təqdim edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.