Bakıda tələbə qızın başına oyun açdılar: Polisə şikayət etdiyi üçün
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qızlar Universitetində nə baş verir? - Telefonunu oğurladılar, özünü imtahana buraxmadılar
Ali təhsil müəssisələrində sessiya imtahanları davam edir. Bu imtahanları uğurla verən tələbələrlə yanaşı, uğursuzluğa düçar olanlar da az deyil.
Əliyeva Gülcənnət Akif qızı Biləsuvar rayonun Çaylı kəndində anadan olub.
2016-cı ildə Bakı Qızlar Universitetinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasına qəbul olub.
2018-ci ildən dərslərində, imtahanlarda ardıcılı olaraq iştirak edib.
Bu il yanvar ayının 8-də " Azərbaycanın mühacirət - repressiya ədəbiyyatı" fənnindən kəsilib.
Yenidən 2022-ci ilin fevral ayının 7-də kəsir imtahanını verib. Elə başına gələn anlaşılmazlıqlar da bundan sonra başlayıb.
Tələbə qız imtahan zalına girərkən kreditlə aldığı 702 manatlıq telfonu qaydalara uyğun olaraq, pəncərənin önünə qoyub, imtahan bitəndən sonra tapa bilməyib.
Tələbə qız iddia edir polis əməkdaşı ərizəni ona bilərəkdən yanlış yazdırıb.
Hadisədən sonra Gülcənnət hüquqşünas məsləhəti alır. Ona bildirilir məbləğin az göstərilməsi işin bağlanması ilə nəticələnə bilər. Belə də olur. Cinayət işi bağlanır, lakin Gülcənnət Əliyeva bu dəfə şikayət ərizəsi ilə Baş Prokurorluğa müraciət edir. Baş Prokurorluğun məsələyə hüquqi qiymətindən sonra tələbə qızın müraciəti ilə Nəsimi rayon 20-ci Polis Bölməsində cinayət işi açılır və iş Tuqay Mehdiyevin icraatına verilir.
Gülcənnət Əliyeva iddi edir ki, polis bölməsində ərizə yazarkən ona deyilir ki, ərizəsinə "heç kimdən şikayətçi deyiləm" ifadəsi əlavə olunsun. Gülcənnət Əliyeva bununla razılaşmır və ərizəni hadisənin təfəürratına uyğun olaraq yazılır. Bir müddət sonra 20-ci Polis Bölməsinin əməkdaşı universitetə gəlir və ona dekanlığın, elə də rektor Sevinc Rəhimovanın iştirakı ilə telfonunun tapıldığını deyir.
Ancaq telefon tələbəyə təhvil verilmir. Universitet rəhbərliyi isə tələbəni polisə şikayət etdiyinə görə təhbeh edir.
Tək və təqaüddə olan anasının himayəsində yaşayan, heç bir yerdə işləməyən Gülcənnətin şikayətləri əsasında həm polisə, həm də təhsil aldığı universitetə üz tutduq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirdi ki, məsələni diqqətdə saxlayacaqlar və qısa müddətdə telefon sahibinə qaytarılacaq.
Daha sonra Bakı Qızlar Universitetinin rektoru Sevinc Rəhimova ilə görüşdük. Rektor bizi alayarımçıq dinlədikdən sonra atası, universitetin təsisçisi, professor Ağarəhim Rəhimovun qəbul otağına apardı.
Çəkliş qurupumuzu top-tüfənglə qarşılayan professor tələbəsi Gülcənnət Əliyeva üçün gördüyü dırnaqarası xeyrxah işləri sadaladı, çəkliş qurupumuzu məsələni işıqlandırdığına görə thdid etdi. Onu da əlavə etdi ki, dövlət imtahanı ərəfəsində olan 4-cü kurs tələbəsini polisə şikayət etdiyinə görə kəsir imtahanına buraxmayacaq.
Bundan sonra dekan Mirvari Akkoç yolumuzu kəsib, üzünün göstərilməməsi şərti ilə məsələyə münasibət bildirmək istədiyini dedi:
Tələbənin problemini Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun da diqqətinə çatdırdıq.
Nazirliyin sözçüsü izah etdi ki, tələbə ixtisas üzrə müəyyən olunan müddətdə tələb edilən kreditləri yığa bilmədiyi halda, xaric edilmir.
Amma Bakı Qızlar Universitetinin təsisçisi Ağarəhim Rəhimov bununla bağlı Nazirliyə qətiyyən müraciət etməyəcəyini bildirdi.
Beləcə telefonunu itirən qız polisə müraciət etdiyinə görə təhsilini davam etdirə bilmir, eyni zamanda, tapılan telefonu da hələlik ona təhvil verilmir. Ən pisi isə budur ki, indi Gülcənnət Əliyeva kimdən kömək istəyəcəyini bilmir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
XƏBƏR LENTİ
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)





