Cəmiyyət

Günün qoroskopu: Risk etmək olar

6 İyul 2022 00:01
7 Şərh     Baxış: 6 812

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - İntuisiyanızın səsinə qulaq asın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun. Əvvəllər əldə etdiyiniz təcrübədən yararlana bilərsiniz. Yaradıcılıq üçün əlverişli zamandır.
Günün ikinci yarısında ən ağır problemi, müşkül  məsələni üzbəüz söhbətdə sözmək olar. Kiçik planlaşdırmadan yan qaçmayın. Təmir, yaşam arealının rekonstruksiyası üçün münasib zamandır.
Axşam saatlarında evdən çox uzağa getməyin.

Buğa - Günün ilk yarısında yaranan kiçik çətinliklər və problemlər əhvalınızı poza bilər. Hansısa əşyaları unutmaq, itirmək riski var. Görüşməli olduğunuz insanlar gecikirlər. Sənədlərin qeydiyyatında çətinliklər yaranır. Baş verənlər sizi sinirləndirməsin. Belə hadisələr yaşamınızda önəmli rol oynamayacaq.
Yaxınlarınız sizi sevindirməyə çalışırlar. Onlardan sürpriz istisna deyil. Maraqlı tanışlıq ola bilər. Axşam saatlarında tədbirə və ya məclisə dəvət ala bilərsiniz.

Əkizlər - Dəyişən şərtlərə və fərqli nüanslar kəsb edən situasiyaya alışmağa çalışın. Uyğunlaşmaya zərurət var. Amma saxtakarlıq etməyin, maskalı insan təsiri bağışlamayın. Peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə praqmat davranın.
Hisslərin əsiri olmayın.
Günün ikinci yarısında yaxınlarınızın və ailə üzvlərinin dəstəyi ilə istənilən maneəni keçə bilərsiniz. Hücumları dəf edin.
Biznesdə ehtimallara bel bağlamayın. Səbrli olun.

Xərçəng - Adi günlərdən fərqli olaraq bu gün yaxşı tanımadığınız insanlara inana bilərsiniz. Xəyallara qapılmayın, namərdin şirin dilinə iannmayın. Bütün qüvvə və potensialınızı irreal məsələləri həll etmək cəhdlərinə tükətməyin.
Günün ikinci yarısında hədəfə çatmaq üçün imkanlarınızdan yararlanaraq optimal variantı seçin. Belədə inkişafın yeni səviyyəsinə nail olacaqsınız. Mühüm işlərin görülməsini təxirə salmayın. Yaxınlarınızdan birinin köməyinizə, yardımlarınıza ehtiyacı var. Ona arxa olun, dəstək verin.

Şir - Risk etmək olar. Avantüralara qapılmadan bütün variantları dəyərləndirsəniz, problemin asan, hətta ilk baxışdan primitiv yolunu görə bilərsiniz. Ağır fiziki işdən çəkinməyin. Emosional olmayın.
Günün ikinci yarısı maliyyə və əmlakla bağlı nüansların çözülməsi üçün əlverişlidir. Müzakirələrdə əlavə təminat istəyin. Etibarsız insanlara inanmayın. 
Şəxsi münasibətlərdə sirlərin faş olması təmaslara sərinlik gətirə bilər.
Şayiələri həqiqət saymayın.

Qız - Gün narahatlıq, əndişə və həyəcan vəd edir. Amma ümumiyyətlə, hər şey pis deyil. Peşəkar fəaliyyət sahəsində yeni işlərə və layihələrə başlamaq olar. Qeyri-standart fəaliyyət variasiyaları uğura nail olmağınızı şərtləndirəcək. Hansısa məclis və ya toplantıda qarşılaşdığınız insandan indi qəfil işgüzar təklif alacaqsınız. Ailə üzvlərindən birinin problemini həll edin.
Rəğbət bəslədiyiniz insanla günün ikinci yarısında səmimi danışmaq imkanı yaranacaq.
Biznesə başlamaq, indiki rutin, bezdirici, az gəlirli işdən qurtulmaq istəmirsiniz?!

Tərəzi - İdeya və təkliflərin heç də hamısını geniş müzakirəyə çıxarmağa dəyməz. Çalışdığınız kollektivdəki ab-hava xüsusi önəm kəsb edir. Həmkarlarınızla münasibətləri normallaşdırın. Rəhbərliklə kəskin mübahisə etməyin.
Günün ikinci yarısında fərdi arealınıza kənar müdaxilələrə imkan verməyin. Dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın. Təcrübəli insanın məsləhətlərindən yararlansanız, daha sürətli irəliləyişə nail olacaqsınız.
Axşam saatlarında əylənin.

Əqrəb - Günün ilk yarısı ən mürəkkəb problemlərin həllində uğur vəd edir. Dürüst qərarlar qəbul etmək üçün yaşam təcrübənizdən, peşəkar məcazlarınızdan yararlanın. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır.
Çoxdan planlaşdırdığınız müzakirələrə günün ikinci yarısında başlayın. Köhnələn, aktuallığını itirən münasibətləri bərpa etmək şansları var.
Yaxın ətrafınızdakı insanların fikirlərinə laqeyd yanaşmayın.

Oxatan - Ciddi münasibət və diqqət tələb edən işlərə laqeyd yanaşmayın. Təyin edilmiş görüş, planlaşdırılmış işi unutmayın. Kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. İşdə rəhbərlik sizə həlim yanaşdığı üçün xüsusi problemlər yaranmayacaq.
Yaxınlarınızla münaqişə etməyin. Onların tənqidlərinə və birmənalı olmayan iradlarına aqressiv reaksiya verməyin.
Umu-küsü üçün heç bir səbəb yoxdur.

Oğlaq - İnsan psixologiyasının nüanslarını anlamağa çalışın. Gərəkli insanla münasibətləri aktivləşdirin. Peşəkar fəaliyyət və yaradıcılıq müstəvisində sizi yeni üfüqlər gözləyir.
Günün ikinci yarısında biznes və kommersiya işlərində xüsusilə diqqətli davranın. Maraqlandığınız insanla təmasları aktivləşdirin. Onun hisslərindən xəbər tutsanız, lap yaxşı olar.
Laqeyd, təkəbbürlü insan təsiri bağışlamayın.
Axşam saatlarını ailənizə həsr edin.

Dolça - Günün emosional fonu əlverişli deyil. Sakitliyə riayət etmək, çətin vəziyyətlərdə soyuqqanlı qalmaq çətindir. Belə situasiyalar az olmayacaq. Təmkinli davranın. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları münaqişəyə, qarşılıqlı iradlar mübadiləsinə, işə heç bir dəxli olmayan söhbətlərə çevrilməsin. Həmkarlarınızla münasibətlərdə diqqətli və sayıq olun.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Qənaətcil davranın, gərəksiz əşyalara pul xərcləməyin.
Axşam saatlarında normal istirahət edin.

Balıqlar - Yeni layihələrə başlamaq üçün əlverişli zamandır. Tapşırıqları vaxtında yerinə yetirin. Səhhətinizə fikir verin. Qətiyyətli və iradəli davranış indiyədək uğursuzluqla qarşılaşdığınız sahələrdə irəliləyişlərə imkan verəcək.
Günün ikinci yarısında maliyyə və əmlakla bağlı problemlərin həllində təmkinqli davranın.
Axşam saatlarında sevdiyiniz insanla təmaslarda spontanlıq, ekspromt, improvizələrə ehtiyac var.
 

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 6 İyul 00:58160

    Mən gəldimmm.Sabahınız xeyir və xeyirli olsun.Gününüz coxxxxxx uğurlu və maraqlı olsun.

    Cavab yaz
  • Anonim
    ALEKS❤️ · 6 İyul 09:3850

    Sabahınız xeyirli,nurlu...gününüz bərəkətli yadda qalan olsun.Hələki bürcün dediyi tam əksinədir:hazırki güclü maliyyə uğurları olacaq,gəliriniz çoxalacaq...gülməli də olsa vəziyyət belədir:xırda gəliri nəzərə almasaq heç bir uğur, gəlir flan yoxdu.1Həftədi toydayam...hələ məhərrəmliyə qədər də Dəvətnamələr (dəhşətnamə deyirlər)))gəlir...hərəsinə ən azı 100azn salmalısan.Menyu belə tələb edir.Düşünürsən ən azı 50manatlıq menyuya mən neçə nəmər salımki düzgün alınsın.hələ şabaş flan...yəqin mənim vəziyyətdə olanlar çoxdu.reallıq budu.Həmişə toy olsun.Toy fərəhdi,sevincdir...amma arada bir nəfəsimizi dərsək yaxşı olar.Şükür çatdıra bilirəm.amma çatdırmayan da var...Nəysə....xeyirli günlər,şən əhval ruhiyyə payınız olsun.

    Cavab yaz
    • Anonim
      SEVA TOVUZ · 6 İyul 10:4610

      Her vaxtiniz xeyir..Allah ruzunuzu bol elesin teki tek derdiniz toy şenlik olsun Amin...xanimlar ve beyler haminizi salamlayiram

      Cavab yaz
      • Anonim
        ALEKS❤️ · 7 İyul 01:0810

        Deyəsən....hisslərim məni aldadır...

        Cavab yaz
        • Anonim
          SEVA TOVUZ · 7 İyul 22:0900

          Nece yeni ? Bizim sehifeye yazsaniz tam anlaram

          Cavab yaz
    • Anonim
      * · 6 İyul 11:2840

      Az qalıb 2 ay rahat nəfəs alarsız))

      Cavab yaz
  • Anonim
    AA · 6 İyul 17:1110

    BALIQLAR - spontanlıq, ekspromt, improvizələrə (bu sözləri anlamadım)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics