Cəmiyyət

Məktəblilərin düşdüyü qəzada ölən yoxdur - DİN açıqlama yaydı

13 İyun 2022 07:21
1 Şərh     Baxış: 1 321
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, Şamaxı-Bakı yolunda məktəbliləri və müəllimləri daşıyan avtobus qəzaya uğrayıb.

DİN-in Mətbuat Ximdətindən Milli.Az-a bildirilib ki, qəza zamanı ölən və ağır xəsarət alanların olması ilə bağlı bir sıra KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Axşam saat 22:50 radələrində Şamaxı-Bakı yolunun Acıdərə adlanan ərazisində avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzada xəsrəat alan şəxslərə köməklik göstərilib. Hadisə yerinə Təcili Tibbi Yardım maşını  çağırılıb. 4 nəfər yüngül xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.