Cəmiyyət

Masazırda çirkab suları sakinləri cana yığıb - VİDEO

10 İyun 2022 18:07
0 Şərh     Baxış: 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonu Masazır kəndində axan çirkab sular ərazidə yaşayan sakinləri təngə gətirib. Onların sözlərinə görə üfunət baş çatladır. Evlərin həyətlərinə, zirzəmilərinə belə kanalizasiya suları dolur. Həm ''Azərsu'' ASC-nin, həm də kənd bələdiyyəsinin rəsmiləri əraziyə baxış keçiriblər. Bəs görəsən problem nə zaman həll ediləcək ? 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, küçə boyu axan kanalizasiaya suları ətrafa pis qoxu  yayır. Evlərin həyətləri, zirzəmiləri çirkab suları ilə dolur.  Görüntülər Abşeron rayonu Masazır kəndindəndir

Sakinlər kanalizaisya xəttlərinin olmamasından, daşan çirkab suların onlar üçün problem yaratdığını deyirlər. Belə vəziyyətin uzun müddətdir davam etdiyini bildirirlər. 

Sakinlərin sözlərinə görə ərazidə çirkab suların daşınması üçün mövcud olan nasosxana Masazır kənd bələdiyyəsinin balansındadır. Sarı aşıq küçəsində yaranmış problemlə bağlı həm bələdiyyə, həm də ''Azərsu'' ASC-nin əməkdaşları əraziyə baxış keçiriblər. 

İndi vətəndaşlar problemin həll olunacağını günü səbirsizliklə gözləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.