Cəmiyyət

Tələbələri daşıyan maşın aşdı - Yaralılar var

9 İyun 2022 23:17
0 Şərh     Baxış: 1 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gədəbəydə içərisində tələbələrin olduğu mikroavtobus aşıb, bir neçə nəfər xəsarət alıb.

Milli.Az Report.az-a istinadən xəbər verir ki, Gədəbəy sakini, 1954-cü il təvəllüdlü Sərxan Həmzəyevin idarə etdiyi, Gədəbəy istiqamətində hərəkətətdə olarkən mikroavtobus rayonun Maarif kəndində idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 2004-cü il təvəllüdlü Jalə İbrahimova, 2004-cu il təvəllüdlü Jalə Bayramlı, 1980-ci il təvəllüdlü Turab Rzayev, 2004-cü il təvəllüdlü Nurtac Allahverdiyeva, 2004-cü il təvəllüdlü Orxan Hüseynov və 1978-ci il Günay Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar, onların beşinin vəziyyəti qənaətbəxş birinin vəziyyəti isə kafi qiymətləndirilir.

Qeyd edək ki, yaralılar arasında tələbələr də var.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.