Cəmiyyət

Özünü qazi kimi təqdim edən İmişli sakini Vətən müharibəsində iştirak etməyib

9 İyun 2022 08:20
1 Şərh     Baxış: 1 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sosial şəbəkədə özünü qazi kimi təqdim edən, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 16, mənzil 7 ünvanında yaşayan Hümbətov Dayandur Elçin oğlu Vətən müharibəsində iştirak etməyib".

Bunu Dövlət Məşğulluq Agentliyinin Strateji əlaqələr departamentinin direktoru Mayis Musayev bildirib. O deyib ki, saxtakarlığa yol verərək ictimaiyyətə özünü müharibə iştirakçısı kimi təqdim etməklə diqqəti öz çıxışına yönəltmək və bununla da qazi kimi şərəfli adı ləkələmək cəhdləri yolverilməzdir:

"Dayandur Hümbətov dəfələrlə Dövlət Məşğulluq Agentliyinin İmişli rayon xidmət şöbəsinə yaxınlaşaraq, qeyri-etik formada, vətəndaş qəbulu qaydalarını pozaraq müraciət edib. Əsas istəyi ictimai işlər proqramına qoşulmaq, sosial işçi kimi işlə təmin olunmaq olub. Ona işlə təmin olunmaq üçün qeydiyyatda olduğu və vakansiya yarandığı halda işlə təmin olunacağı bildirilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.