Cəmiyyət

Bu məkanda əlinizə keçən hər şeyi sındıra bilərsiniz - VİDEO

8 İyun 2022 15:07
0 Şərh     Baxış: 1 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noutbuklar, televizorlar, şüşə qablar və printerlər... Otaqdakı bütün bu əşyalarsındırmaq üçün qoyulub. Burada istədiyiniz hər şeyi dağıtmaqda sərbəstsiniz.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məkanın adı da təsadüfi seçilməyib: stres otağı. Menecer Rəşadət Müzəffərli deyir ki, koronavirus pandemiyasından sonra bir neçə ölkədə bu cür məkanlar yaradılıb. Elə bu ideya da Azərbaycana həmin ölkələrdən gətirilib.  Stress otağında əşyalar 2 hissəyə bölünür. 

Buradakı əşyaların qiyməti 1 manatdan başlayır, 100 manata qədər davam edir. Onların arasında işləyən də var, işləməyən də. Otaqdakı divarların qalınlığı isə 2 metrə yaxın olduğu üçün ətrafa səs yayılmır. 9 aydır fəaliyyət göstərən məkan bir çox maraqlı hadisələrin şahidi olub. 

Məkana giriş zamanı təhlükəsizlik zəmanəti imzalanır. Otağa daxil olanlara xüsusi qoruyucu forma və şüşə kaska verilir.

Rəşadət Müzəffərli bildirir ki, stres otağına müraciət edənlərin çoxu gənc və orta nəslin nümayəndələridir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.