Cəmiyyət

“Nə istəyirsiniz məndən?!” - Şəfiqə Məmmədova

7 İyun 2022 16:45
1 Şərh     Baxış: 4 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova qanunsuz parkinqin rəhbərlik etdiyi ittifaqa məxsus olması xəbərinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, Xalq artisti modern.az-ın əməkdaşının qanunsuz parklanma barədə sualını belə cavablandırıb: "Mən məşğulam. Nə istəyirsiniz məndən?! Hər şeyi bilirəm, sakit olun".

Qeyd edək ki, Bakının Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında çoxillik ağaclar kəsilərək yerində qanunsuz parkinq yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyəti qanunsuz parklanmanın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığını, məsələnin Prezident İlham Əliyev tərəfindən nəzarətə götürüldüyünü açıqlayıb. Həmçinin bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.