Cəmiyyət

Bakıda qəza: iki nəfər xəsarət alıb - FOTO

2 İyun 2022 08:22
0 Şərh     Baxış: 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Əsas yolda hərəkət edən "Toyota" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək köməkçi yoldan çıxan "Niva"ya çırpılıb. "Niva" zərbənin təsirindən işıq dirəyinə çırpılıb.

"Niva"nın sürücüsü və azyaşlı sərnişini ağır xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib. Avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.