Cəmiyyət

Füzulidə 23 yaşlı gənc minaya DÜŞDÜ

28 May 2022 19:56
0 Şərh     Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.