Cəmiyyət

Saxta referendum yalanını kim və niyə yayır?

28 May 2022 12:15
Baxış: 1 156

Bir sıra media orqanları neçə gündür ki, heç bir dəqiqləşdirmə aparmadan ölkədə  referendum keçiriləcəyi barədə xəbərləri tirajlayır. Hətta bəzi media vasitələri bir qədər də irəli gedərək saxta referenduma çıxarılacaq məsələləri də ortaya atıb. Gündəmdə qalmaq istəyən "siyasətçilər" və "dejurnı" ekspertlər isə referenduma çıxarılacaq məsələləri "analiz" edir, mümkün ssenariləri ortaya atırlar.

Sual ortaya çıxır: Axı bu tip xəbərləri yaymaqda məqsəd nədir? Nədən rəsmi mövqe ortaya qoyulmadan əhalini çaşdıracaq xəbərləri tirajlamağa üstünlük verilir? Özgə vaxt hər kəsə jurnalistik dərsi keçən və xaricdən maliyyələşən bu media vasitələrinin məqsədi bəllidir - auditoriyasını saxta xəbərlər hesabına genişləndirmək. Və özü də bu ilk dəfə deyil ki, baş verir. Buna qədər də xəbər və informasiya yayıcılarının əsassız və yalan xəbərlərinə rast gəlinib. Xəbər yalan çıxdıqdan sonra isə nə təkzib, nə də bir üzrxahlıq olub. Əlbətdəki, məqsəd də bəllidir. Gündəmi dəyişmək, süni ictimai-siyasi gərginlik yaratmaq, siyasi prosesləri süni yolla aktivləşdirmək və s. Və maraqlı olan həm də budur ki, bu tip yoxlanılmamış xəbərləri dünyaca məşhur, hər kəsə jurnalistika dərsi keçən media vasitələri tirajlayır.

Reket media vasitələri kimi məqaləyə başlıq qoymağa belə gedirlər. Referendum təsdiq olunmaya-olunmaya cızma-qaralarına "Azərbaycanda referendum olacaqmı? Spekulyasiyalar və əlamətlər artır" başlığı ilə çıxarır və sonra da onu sosial şəbəkələrdə yerləşdirir. Saxta referendumla bağlı xəbər yayıldıqdan sonra onu təkzib edən xəbəri isə sonra nədənsə öz səhifəsində yerləşdirməyə də cəhd göstərmir. Xatırladaq ki, hökumətdəki mənbələrə istinadən yayılan xəbərlərdə bildirilir ki, bəzi kütləvi informasiya vasitələrinin Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir və Ölkə Konstitusiyasına heç bir dəyişiklik nəzərdə tutulmur. "Hazırda hökumətdə belə bir plan yoxdur və bununla bağlı heç bir müzakirə aparılmır. Bu cür məlumatların yayılması əsassızdır və həqiqəti əks etdirmir. Ona görə də belə bir həssas dönəmdə kütləvi informasiya vasitələrini ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış məlumatların tirajlanmasına yol verməməyə çağırırıq", deyə mənbə bildirib. Bildirilib ki, belə bir şayiənin yayılmasına əsas kimi götürülən ölkədə seçici siyahılarının dəqiqləşdirilməsi qanunvericiliklə nəzərdə tutulmuş və mütəmadi aparılan prosesdir. Elə dünən də Mərkəzi Seçki Komissiyasının iclasında bu məsələyə toxunulub və vurğulanıb ki, seçici siyahısının sadəcə dəqiqləşdirilməsi prosesi aparılır.

Kamran Seyidov
Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics