Cəmiyyət

“Türk Dünyası” (Turkic.World) əhəmiyyət kəsb edən bir layihədir - Yalçın Topçu

25 May 2022 17:06
Baxış: 409

"Türk Dünyası" (Turkic.World) media platforması regiona və dünyaya fayda verəcək çox dəyərli və əhəmiyyət kəsb edən bir layihədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Respublikası Prezidentinin baş müşaviri Yalçın Topçu "Türk Dünyası" (Turkic.World) media platformasının yaradılmasının birilliyi münasibətilə bildirib.

O, Türk Dünyası (Turkic.World) media platformasının regiona və dünyaya fayda verəcək çox dəyərli bir platforma olduğunu vurğulayıb.

"Türk dünyasında baş verən proseslərdən hər kəsin dəqiq və anında xəbərdar olması, türk xalqları olaraq səsimizi dünyaya çatdırmağımız bizim üçün zəruridir", - deyə baş müşavir qeyd edib.

O, Türk Dünyası (Turkic.World) media platformasında çalışan bütün əməkdaşlara türk xalqları və şəxsən öz adından təşəkkür, hörmət və minnətdarlığını bildirib.

"Əminəm ki, sizin bu cür əhəmiyyətli birliyiniz türk dövlətlərinin, bölgənin və dünyanın firavanlığı və rifahı üçün böyük və mənalı xidmətlərə yol açacaq. Komandanızın gördüyü və edəcəkləri işlər bizim üçün çox dəyərlidir", - deyə Y.Topçu qeyd edib.

"Biz türk milləti olaraq 300 milyonluq, çox vacib bir coğrafiyada yaşayırıq. Düşünürəm ki, birlik olduqda, xalqlarımız dinc yaşayacaq və dünyaya ciddi töhfələr verəcək. Türk dünyasının dildə və əməldə yekdil olması üçün atılan hər addımı qəlbən dəstəkləyir, bu mövzuda səy göstərənləri alqışlayırıq", - deyə o vurğulayıb.

Ətraflı
Y.Topçu türk dünyasında birlik yaratmaq hər zaman etməyə çalışdıqları bir məqsəd olduğunu və bu məqsədin artıq hər sahədə regionun sülh və əmin-amanlığına töhfə verdiyini də qeyd edib.

""Türk Dünyası"(Turkic.World) platforması regiona və dünyaya fayda verəcək çox dəyərli və əhəmiyyət kəsb edən bir layihədir", - deyə Y.Topçu əlavə edib.

O qeyd edib ki, dünyada hazırda baş verən siyasi proseslər türk dövlətlərinin hər sahədə bir yerdə olması üçün zəruri şərt yaradır.

Qeyd edək ki, Bu gün türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) bir yaşını qeyd edir.

"Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkyənin "Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.

Unikal rəqəmsal platformada qurulan bu layihə cəmi bir il ərzində türkdilli ölkələrin qabaqcıl media qurumlarını bir araya gətirib. Layihədə artıq Özbəkistanın "UzA" Milli İnformasiya Agentliyi, Qazaxıstanın "Kazinform" Dövlət İnformasiya Agentliyi , Qırğızıstanın "Kabar" Milli İnformasiya Agentliyi və Türkmənistan Xarici İşlər Nazirliyi iştirak edir. "Türk Dünyası" (Turkic.World) media platforması Azərbaycan, türk, qırğız, türkmən, qazax, özbək dillərində fəaliyyət göstərir. Eyni zamanda layihə iştirakçıları öz xəbərlərini həm də ingilis və rus dillərində yayımlaya bilərlər. Rəqəmsal platformanın mobil versiyası da mövcuddur.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mediasının inkişafına yönəlmiş səyləri nəticəsində bu gün kütləvi informasiya vasitələri böyük inkişaf yolu keçib. Azərbaycan mediasının müasir standartlara uyğun olaraq inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qayğısı və diqqəti ilə mümkün olub. Azərbaycan mediasının yeni inkişaf mərhələsinin məhsulu olan "Türk Dünyası" (Turkic.World) media platforması keçən il İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır.

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics