Cəmiyyət

30 il əvvəlin “Qarabağ”ı “İmarət”ə qayıtdı - FOTO

24 May 2022 08:54
0 Şərh     Baxış: 1 012
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" komandasının sabiq məşqçi heyəti və futbolçuları işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər.

Səfərdə məqsəd Bakı Media Mərkəzi tərəfindən "Qarabağ" haqda sənədli filmin çəkilişində iştirak etmək olub.

Çəkilişin Ağdamdakı hissəsində 1980-ci illərin sonları və 90-cı illərdə "Qarabağ"da çıxış etmiş şəxslər iştirak edib. Onların arasında o vaxtkı baş məşqçi Ağasəlim Mircavadov, məşqçi Nazim Mehrəliyev və bir neçə futbolçu olub. Onlar dağılmış "İmarət" stadionunda da olaraq kollektiv şəkil çəkdiriblər.

Qeyd edək ki, bu heyət son dəfə Ağdam stadionunda 1993-cü ilin mayında "Turan"la oyunda iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.