Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəqliyyat naziri: “Ölkənin bütün ərazilərində dəmir yolunun təhlükəsizlik zolaqları zəbt edilib”
8 May 2010 10:39
Baxış: 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "AzərTAc" dövlət agentliyinə istinadən xəbər verir ki, bunu nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə deyib. Onun sözlərinrə görə, faktiki olaraq 14 rayonda sürüşmə, dağ uçqunları baş verib: "Bunların nəticəsində də bəzi hallarda, məsələn, Şamaxı, İsmayıllı, Muğanlı, Ağsu istiqamətində yollar bir növ öz oxundan çıxıb. Xüsusilə Quba rayonunda Xınalıq istiqamətində, eyni zamanda, Qonaqkənd istiqamətində Giləzi kəndi ilə başqa bir kəndin ərazisində yol sürüşərək öz oxundan çıxıb və nəticədə hərəkət qısa müddətə dayanıb. Xınalıq istiqamətində, təxminən 50 metr ərazidə dağ sürüşərək yolu bağlayıb. Görülən tədbirlər nəticəsində hər iki istiqamətdə hazırda yol istiqaməti dəyişdirilərək hərəkət bərpa edilib. Qeyd etmək istəyirəm ki, Qusar, Quba, Xaçmaz, Xızı, Qobustan, Şamaxı, Qəbələ, Balakən, Ağsu, Gədəbəy, Zərdab, Sabirabad, Lerik, Yardımlı rayonlarında bu cür hadisələr baş verib".
Nəqliyyat naziri deyib ki, bu istiqamətlərdə nəqliyyatın hərəkəti hazırda bərpa edilib və yolları normal vəziyyətə gətirmək istiqamətində tədbirlər həyata keçirilir. Ziya Məmmədov Nəqliyyat Nazirliyi tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışarkən bildirib ki, fəlakət zonalarına dərhal xeyli sayda texniki vasitələr göndərilib.
Nəqliyyat naziri qeyri-qanuni tikililərin nəqliyyat sektoruna vurduğu zərərdən də danışıb:
"Qeyri-qanuni tikililər nəticəsində ölkənin demək olar ki, bütün ərazilərində dəmir yolunun təhlükəsizlik zolaqları zəbt edilib, kütləvi sayda binalar, evlər, qeyri-yaşayış obyektləri tikilərək qatarların təhlükəsiz hərəkətinə böyük problem yaradıb. Bu səbəbdən hətta təhlükəsizlik işçiləri öz xidməti vəzifələrini yerinə yetirə, qatarlara baxış keçirə bilmirlər. Biz bütün bu işlərin çəkilişini aparmışıq, arayış hazırlayıb hökumətə təqdim etmişik".
Nazir deyib ki, belə hadisələr avtomobil yolları şəbəkəsində də baş verib və təhlükəsizlik zolaqlarında qeyri-qanuni tikintilər inşa edilib. Bu isə yolların yaşayış massivlərindən keçən hissələrində yenidənqurma və təmir prosesində çox böyük problemlər yaradır. Ziya Məmmədovun sözlərinə görə, nazirlik bütün lazımi sənədləri toplayıb, videoçəkilişlər aparıb və materialları hökumət komissiyasına təqdim edib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)