Abşeronda 20 yaşlı gənci avtomobil vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Şəhriyar Səmədov yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az