Xəzərdə mina müəmması: onları kim atıb - təxribat, yoxsa... - Ekspert
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metr dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi prosesi mayın 10-da uğurla başa çatıb. Xəbərə görə, Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən minalar təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilib. Minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə 4 hərbi gəmi, 4 kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.
Xəzərin Azərbaycan sektorunda minaların aşkarlanması çoxsaylı suallar yaradır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı qaynarinfo-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, həmin minalar yaxın illərdə dənizə atılan minalardır:
"Uzun illərdən sonra birdən-birə gəmi əleyhinə olan 6 minanın bir yerdə tapılması istər-istəməz düşündürücü hadisədir. Həmin minalar sovet vaxtından qalma minalara oxşamır. SSRİ-nin dağılmasından 30 ildən çox keçib. 30 ilə gəmi əleyhinə olan minalar indi tapıldığı vəziyyətdə ola bilməz. 30 il ərzində dəniz suyu, korroziya, lil, axıntı və çöküntülər minalarda müəyyən izlər qoymalı idi. Ötən 30 ildə ərazidə dəfələrlə təlimlər keçirilib, beş Xəzər ölkəsinin gəmiləri burada olub. Nə əcəb bu müddətdə minaları görməyiblər? Burada şübhəli məqamlar çoxdur. Ola bilsin həmin minalar bir neçə il bundan əvvəl sonradan hansısa bir hadisənin baş verməsi üçün Xəzər dənizinə atılıb. Ola da bilər hardansa sualtı axıntıları onları gətirib".
Ekspertin fikrincə, minaların atılmasında Xəzərdə təxribat törətmək istəyən qüvvələrin marağı ola bilər:
"Bu sayda minanın bir yerdə olması fonunda bir çox qaranlıq məqamlar üzə çıxır. İstiisna etmirəm ki, bu işi Xəzərdə müəyyən təxribat törətmək istəyən qüvvələr də edə bilər. Ən əsası odur ki, gəmi əleyhinə olan həmin minaların Azərbaycana aidiyyatı yoxdur. Qazaxıstan və Türkmənistana da dəxli yoxdur. Həmin minalar ya İrana, ya da Rusiyaya məxsusdur. Başqa kimdənsə, şübhələnməyə yer yoxdur. Ola bilsin ki, Rusiya Xəzərdə təlimlər keçirən zamanı həmin minaları Azərbaycan sektoruna atıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)





