Cəmiyyət

Yeni doğulmuş övladınızda bu əlamətlər varsa... - Mütləq "topuq testi" etdirin! - VİDEO

10 May 2022 18:24
0 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni doğulan körpələrdən topuq testi götürülməsinə başlanıb...

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, UNICEF-in dəstəyi ilə keçirilən layihə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Perinatal Mərkəzi və Sumqayıt Perinatal Mərkəzində həyata keçirilir. TƏBİB-in Ana və Uşaq Sağlamlığının Təşkili şöbəsinin məsləhətçisi Günel Məmmədova bildirib ki, bu analizlərin götürülməsində məqsəd müxtəlif irsi xəstəlikləri vaxtında aşkarlamaqdır. Neonatal müayinələr zamanı beş irsi xəstəliyin diaqnostikası aparılır.

Həkim-Genetik Həmidə Abbasova deyir ki, irsi xəstəliklər daha çox qohum nikahından doğulan körpələrdə aşkarlanır. Topuq testi isə adətən körpə doğulduqdan 3 gün sonra götürülür. 

Həkimin sözlərinə görə, xəstəliyi olan körpələrdən sözügedən analiz götürülməzsə, bu, gələcəkdə ciddi fəsadlara yol aça bilər. 

Qeyd edək ki, müayinə nəticəsində xəstəlik aşkar olunduqda həm ailəyə, həm də aidiyyatı tibb müəssisəsinə məlumat verilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.