Cəmiyyət

Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxıb tədbir keçirdilər - Rəsmi açıqlama

6 May 2022 21:20
3 Şərh     Baxış: 1 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May - Qələbə Günü tədbiri müzakirələrə səbəb olub. Belə ki, iddia olunub ki, tədbirdə iştirak edən şagirdlərin sinəsinə "Georgi lenti" yapışdırılıb.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq.

Milli.Az bildirir ki, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov "qafqazinfo"nun sorğusuna cavab olaraq bildirdi ki, məsələdən məlumatlıdırlar:

"Bu barədə araşdırma aparılır, məlumat veriləcək".

Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.

Xatırladaq ki, "Georgi lenti" Rusiyanın imperiya simvollarından biri hesab edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory