Cəmiyyət

4-cü mərtəbədən yıxılan uşağın vəziyyəti - Açıqlandı

3 May 2022 21:21
1 Şərh     Baxış: 1 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mingəçevirdə 4-cü mərtəbədən yıxılan 9 yaşlı qızın vəziyyəti açıqlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, V.Abdullayev 6 ünvanında yerləşən 5 mərtəbəli binadan yıxılan Hüseynli Dəniz Tərlan qızı koma vəziyyətindədir.

Bildirilib ki, 4-cü mərtəbədə yerləşən mənzilin pəncərəsindən yıxılan azyaşlı ağır kəllə beyin travması, sağ baldır sümüyünün sınığı, göz nayihəsindəki xəsarətlərlə komotoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, autizm sindromlu Dəniz nənəsigildə qonaq olarkən nəzarətsiz qalması səbəbindən bədbəxt hadisə baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.