Cəmiyyət

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

28 Aprel 2022 07:00
1 Şərh     Baxış: 2 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada yaşayan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayətində Konstantinovka uğrunda döyüşlərdə həlak olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Odessada yaşayan həmvətənimiz Anar Ağazadə öz sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Fuad bəyin atası istefada olan hərbi həkimdir.

"Şəhidimiz həm də çoxlarımızın birinci Qarabağ savaşından tanıdığı hərbi jurnalist, dəyərli dostumuz Ağası Hun Məmmədlinin qardaşı oğludur. Başımız sağ olsun. Tanrı ruhunu şad etsin".

Anar Ağazadə qeyd edib ki, Fuad Məmmədovun kiçik qardaşı Rasim də hazırda Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.