Cəmiyyət

Yoluxanların bugünkü sayı açıqlandı

19 Aprel 2022 21:29
0 Şərh     Baxış: 2 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 572 nəfər müalicə olunaraq sağalıb, 9706 nəfər vəfat edib, aktiv xəstə sayı 113 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4553, ötən müddət ərzində isə ümumilikdə 6 776 404 test aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.