Cəmiyyət

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

16 Aprel 2022 08:08
0 Şərh     Baxış: 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində baş verib.

Belə ki, "Toyota" markalı minik avtomobili hərəkətdə olan zaman "Nissan" markalı maşını idarə edən şəxs sürətlə hərəkət edərək ona çırpılıb.

Daha sonra "Nissan" markalı maşın divara çırpılıb.

Qəza nəticəsində "Toyota" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları gəlib.

Yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.